ABŞ VƏTƏNDAŞ MÜHARİBƏSİNDƏN GERİ QAYIDIR ? - BU GÜN,SABAH,BİR DƏ.... » Xəbərə fərqli baxış....
loading...
  • Azərbaycanlı model Ramina Abbasovanın sosial şəbəkədə ilginc fotosu yayılıb. HERXEBER.COM xəbər verir ki, modelin...
  • Yaşadığımız dövrdə məşhurların çılpaq fotolarının mediaya sızması artıq adi hal alıb. Amma keçmişdə bu, heç də asan...
  • BALANS Milli Animasiya Studiyası ilk 3 cizgi serialınının çəkilişi bitib. Bu barədə keçmiş ANS kanalının rəhbəri...
  • Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev şok proqnoz verib. Ekstrasensin müsahibəsinin qısa...
  • Elzadan yeni şeir: Qadın bir şey istəyir… “Kişinin işi qadına düşür”. Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb....
  • Gürcüstanda toyda maraqlı hadisə yaşanıb. HERXEBER.COM BiG.AZ-a istinadən xəbər verir ki, gənc müğənni Damla səhnədə...
  • "Qızım mənə cəhənnəmi yaşadır. Onu itirdiyimi, onun öldüyünü hələ də dərk edə bilmirəm. Ürəyimi parçaladı. Axı o niyə...
  • İstanbulda yerləşən uşaq bağçalarından birində qalmaqallı hadisə baş verib. Herxeber.com-un türkiyə mətbuatına...
  • ABŞ VƏTƏNDAŞ MÜHARİBƏSİNDƏN GERİ QAYIDIR ? - BU GÜN,SABAH,BİR DƏ....
    6-11-2016, 21:46
    Siyasət
    209
    ABŞ VƏTƏNDAŞ MÜHARİBƏSİNDƏN GERİ QAYIDIR ? - BU GÜN,SABAH,BİR DƏ....


    ABŞ prezidentliyinə namizədlik uğrunda aylardır Demokratlar Partiyasının sabiq dövlət katibi Hillari Klinton və Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında gedən mübarizə noyabrın 8-də keçiriləcək seçkilərdə iki tərəfdən birinin qələbəsi ilə yekunlaşacaq. Dünyanın gedişatını kökündən dəyişəcək bu sonuc haqqında şərhçilər bir neçə gündür qarışıq fikirlər içərisindədir. Belə ki, mübarizənin ilk günlərindən keçirilən sorğularda liderliyi əldə saxlayan xanım Klinton seçkilərə bir həftəndən az müddət qala geriləməyə başlayıb. Buna səbəb isə, Klintonun dövlətə xəyanətdə ittiham olunmasıdır. Belə ki, 5 ölkənin kəşfiyyat orqanlarının prezidentliyə namizəd Hillari Klintonun şəxsi imeyl ünvanına giriş etdiyi iddia edilir. Klintonun 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən yazışmalarını öz şəxsi ünvanından etməsi, həmin ölkələrin gizli yazışmalardan xəbərdar olduğunu düşünməyə əsas verib. "O, məxfi informasiyaları düşmənlərimizə verib" deyən Konqressin nümayəndələr palatasının daxili təhlükəsizlik komitəsinin rəhbəri Makkol bunu açıq-aşkar təhlükəsizliyə xəyanət adlandırıb. Bütün bunlar Klinton və Tramp arasındakı tarazlığın pozulmasına səbəb olub.

    Seçkilərə 3 gün qalmış Klintonun prezident seçiləcəyi proqnozunu verən şərhçilər çaşqınlıq içərisindədir. Maraqlıdır, dünyanın taleyini dəyişəcək bu seçki nə ilə sonuclanacaq?

    "Bu seçkiləri ABŞ-dakı vətəndaş müharibəsi ərəfəsindəki 1861-ci il seçkiləri ilə müqayisə etmək olar. Məhz onda olduğu kimi, indi də ölkədə siyasi qütbləşmə və gərginlik ən son həddədir. İstər cəmiyyət, istərsə də siyasi elita barışmaz iki cəbhəyə bölünüb".

    HERXEBER.COM atv.az-a istinadən bildirir ki, bu sözləri SAM eksperti Fuad Çıraqov bildirib.

    Onun sözlərinə görə, məhz buna görə də ötən müddət ərzində Z. Bjezinki kimi politoloqlar ölkədə əvvəlki dövrlərdən fərqli olaraq, siyasi konsensusun pozulduğunu göstərirdi:

    "Ötən müddət ərzində siyasi konsensusun pozulması və dövlət maşınının funksianallığını itirməsi öz əksini ən bariz formada 2013-də Konqres və "Ağ ev" arasında ziddiyyətlərin, qarşıdurmanın ən yüksək nöqtəsi kimi Konqresin növbəti il üçün dövlət büdcəsini təsdiq etməkdən imtina edərək, "hökumətin bağlanması"nda tapmışdı. Maraqlıdır ki, bu cür qütbəşmə bir zamanlar iqtisadi və siyasi bağlarla bir-birinə bağlı olan Klintonlar və Tramp ailəsini bu gün qarşı-qarşıya qoyub. Bu gün iki namizəd istər daxili, istərsə də xarici siyasət məsələlərində tam bir-birinə zidd fəlsəfi mövqeni müdafiə edir. İki düşərgə arasında ziddiyyətlərin yüksək həddini seçki kampaniyası dövründə namizədlərin bir-birinə qarşı mübarizədə ən çirkin qara piar texnologiyalarından və təhqirlərdən belə yayınmadığını görərik. Məşhur təhlilçilər ABŞ-dakı siyasi qütbləşməni 1929-1933-cü illərin iqtisadi böhranından sonra Avropadakı radikal sol və faşizm ideyalarının populyarlıq qazanması ilə müqayisə edir.

    Bu gərginlik öz əksini müxtəlif rəy sorğularındakı ziddiyyətli rəqəmlərdə və ən əsası isə ABŞ prezidentini sonunda seçəcək seçicilərin müəyyən edilməsində son həftə ərzində rəqəmlərin bir neçə saat və gün ərzində kəskin oynamasında göstərir. Keçən həftə Federal Təhqiqatlar Bürosunun H. Klintonun imeyl qalmaqalı ilə yeni təhqiqata araşdırmaya başlaması xəbəri çıxandan sonra, bu, onun rəy sorğularında əminliklə artan üstünlüyünü silkələdi. Seçki ərəfəsindəki həftə ərzində çoxsaylı rəy sorğularında ya Klintonla rəqibi arasında fərqin kritik həddə qədər azaldı, ya da bəzi rəy sorğularında isə hətta Trampın irəliyə çıxdı. 2 gün ərzində seçicilər (electoral vote) arasında fərq Klintonun xeyrinə 100-dən 6 səs fərqinə endi. Ancaq yuxarıdakı xəritədən gördüyünüz kimi növbəti gün bu fərq yenidən 40 səs Klintonun xeyrinə artdı. Eyni zamanda, hələ hansı namizədə səs verəcəyini müəyyən etməyən kifayət qədər həlledici ola biləcək seçicilər (158) var.

    Bir məsələni qeyd etmək lazımdır ki, bu ilki prezident seçkilərinin əsas mövzusu nə amerikalı seçicilər, nə də ki dünyanın qabaqcıl intellektualları üçün xarici siyasət deyil, ölkənin və dünyanın hazırkı iqtisadi vəziyyətidir. Bu gün ABŞ-ın siyasi səhnəsində gərginliyin əsas səbəbi ölkə iqtisadiyyatının elə Vaşinqtonun yaratdığı beynəlxalq rəqabət qaydaları çərçivəsində özünün əvvəlki hakim mövqelərini saxlaya bilməməsi və uduzmağa başlamasıdır. Liberal iqtisadi siyasət, azad ticarət və rəqabət qaydaları ABŞ-ın qlobal və istehsal sahələrində çalışanların maraqlarına cavab verdiyi vaxtlarda ölkənin siyasi və iqtisadi elitası dünya miqyasında proteksionist siyasətin əleyhinə çıxırdı, bu qaydalar ölkənin iqtisadi maraqlarına zidd getməyə başlayandan sonra isə ölkə ictimaiyyəti və siyasi elita bu məsələdə iki bir birinə barışmaz cəbhəyə bölündü. Paradoksal odur ki, D. Trampın şəxsi biznesi qlobal miqyaslı olsa da, bu gün o, ölkənin proteksionist siyasət tərəfdarlarını təmsil edir.

    Bu seçkilərin mühüm xüsusiyyətlərindən biri də, Hilarinin administrativ resurslardan istifadə etməsi, hakimiyyətdə olan prezidentin Obamanın və bütün komandasının demokrat namizədə dəstək verməsidir. Seçkilər zamanı demokratiyanın bütün zəif nöqtələrindən istifadə edildi, manipulyasiya ən yüksək səviyyəyə qalxdı və dövlət aparatının seçki prosesinə maksimal müdaxiləsi müşahidə edildi".
    loading...

     

     

    comments powered by HyperComments
    Dostlarınla paylaş:
    DİGƏR XƏBƏRLƏR
    Загрузка...
  • 1. Yenidən bərpası mümkün olan, çölə atılmış əşyaları toplamaq 2. Nüvə stansiyası işçiləri 3. Laboratoriyada...
  • Yumurta çiçəyi adı verilən bu bitkinin digər adı isə badımcan çiçəyidir. Bitkinin yumurta çiçəyi adlandırılması xarici...
  • Kolpit (vaginit) ginekoloji xəstəliklərin arasında ən tez-tez təsadüf edilən xəstəliklərdən biridir. Kolpit uşaqlıq...
  • Maş lobyası qaraciyər yağlanmasının qarşısını alır və arıqlamağa kömək edir. Əsasən Çin və Hindistanda yetişdirilən maş...
  • Avstraliya alimləri əmindilər ki, təyyarələrin, gəmilərin və insanların müəmmalı şəkildə itdiyi Bermud üçbucağının...
  • Tarixi 1876-cı il fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının...
  • 28 oktyabr 1995-ci ildə “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam...
  • Dini mətnlərə diqqət etsək, 40 ədədi başqa ədədlərə nisbətən çox istifadə olunub. O cümlədən bunları qeyd etmək olar:...
  • Nekrofiliya xəsətliyi,ölü insanlara qarşı hiss edilən cinsəl bir duyğu hissidir. Ölülərə qarşı maraq duyan bu insanlar,...
  • Azərbaycanın "Anti-armenia Team" hakerlər qrupu ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın rəsmi "Facebook"...
  • Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub. ...
  • Təmas xəttində yeni gərginlik dalğası baş qaldırmaqdadır. Xəbər verildiyi kimi ötən bazar günü Ermənistan işğalçı...
  • Azərbaycan ordusunun hərbçisi Çingiz Salman oğlu Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən Yerevana...
  • Erməni mediası Ermənistan Ordusunun uğursuzluqla nəticələnən təxribat əməliyyatı zamanı itkin düşən bir nəfər...
  • Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. HERXEBER.COM New York Times-a istinadən xəbər verir ki, Rusiya...
  • Erməni silahlı birləşmələri bu gün cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun mövqelərini və mülki vətəndaşları...
  • Axşam işğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər...
  • up