Cinsi zəiflik yaradır, amma hər gün yeyirik - DİQQƏTLİ OLUN » Xəbərə fərqli baxış....
loading...
  • Əməkdar artist Elza Seyidcahan yeni şeirini sevənləri ilə paylaşıb. HERXEBER.COM xəbər verir ki, "Instagram" hesabında...
  • HERXEBER.COM aznews.az-a istinadən xəbər verir ki, naməlum hakerlərin bu dəfəki ilk hədəfi Emma Watson olub. "Harry...
  • Prodüsser Tolik və müğənni Şəbnəm Əsədovanın ötən gün canlı yayımda Təranə Qumralı 720 manatlıq alçaya görə tənqid...
  • İsveçrədə yaşayan azərbaycanlı model Validə Abbasova gecə klubunda əylənən zaman çəkilən fotoşəkillərini sosial...
  • "Kurtlar Vadisi Pusu"nun izləyicilərinə pis xəbər var. HEREXEBER.COM xəbər verir ki, serialın TRT1-də yayımlanması...
  • Hər zaman ekzotik rəqsləri ilə tamaşaçılarını heyran edən məşhur rəqqasə Ayla Nur şou-biznesə qatılmağı qərara alıb....
  • "Mənə toxunma, əclaf! Əlin dəyməsin mənə! Sən nə əxlaqsız, tərbiyəsiz insansan?!" Məşhur braziliyalı model və fitnes...
  • HERXEBER.COM xəbər verir ki, ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan prodüser Tarix Əliyev (Tolik) maraqlı...
  • Həyat yoldaşı vəzifəyə təyin olunan müğənni Xatirə İslam indi də dünya şöhrətli müğənni Cenifer Lopezlə ayaqlaşmaq...
  • Cinsi zəiflik yaradır, amma hər gün yeyirik - DİQQƏTLİ OLUN
    10-01-2017, 20:20
    Maraqlı
    1 249
    Cinsi zəiflik yaradır, amma hər gün yeyirik - DİQQƏTLİ OLUN


    Duz ilk dəfə mətbəxə türklər tərəfindən daxil edilib. Bununla bağlı maraqlı rəvayət də var: Türk xanın oğlu Tütək xan çöllükdə kabab yeyərkən əlindəki tikə yerə düşür. Qismətini yerdən götürür, təmizləyir və yeyir. Hiss edir ki, ətin dadı dəyişib. Məlum olur ki, ət yerdə duz qatına bulaşıb. O zamandan etibarən duzdan mətbəxdə istifadə edilməyə başlanır.

    Qərbə də duz Şərqdən gəlib çıxır. Hətta bir torba duzu olanlar orta əsrlərdə Avropada ən zəngin insanlar sayılırdılar. Günümüzdə duz elə də bahalı nemət deyil. O cümlədən artıq insanlar duzun zərərli tərəfini nəzərə alıb, onun qida rasionundakı yerini azaltmağa başlayıblar. Bəs duz hansı halda zərərli olur?

    Suala cavab tapmaqda oxuculara Publika.az-ın “Ayırtman” layihəsi kömək edəcək.

    Gündə nə qədər duz yemək olar?

    Gəlinən nəticələrə əsasən, insanın gündəlik duz tələbatı 10-15 qr-dır. Buna baxmayaraq, ləzzət, dad üçün duzdan istifadə etməyimiz onun günlük miqdardan 10 dəfə çox yeməyimizə gətirib çıxarır. Bu da təzyiq, baş ağrısı, göz yaşarması, böyrək ağrısı kimi ciddi sağlamlıq problemlərinə səbəb olur. Bəs duzun keyfiyyətli olması onun zərərlərini azaldırmı?

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirirlər ki, duzun keyfiyyətli olması üçün onun təmizlənməsi və yodlaşdırılması zəruridir:

    “Məlum olduğu kimi Azərbaycanda yod çatışmazlıqları xəstəliklərinin aradan qaldırılması üçün sosial statusundan asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin istifadə etdiyi duzun yodlaşdırılması qərara alınıb. Yodsuz duzun satışı qanunvericiliyə əsasən qadağandır. Ancaq dövlət orqanlarının və ictimai təşkilatların nəzarətinə baxmayaraq, hələ də bazarda keyfiyyət və təhlükəsizliyi zəruri tələblər səviyyəsində olmayan duzlar var.

    Məhz istehlak bazarını normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan duzdan qorumaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən satışda olan duzların keyfiyyət və təhlükəsizliyinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Götürülmüş nümunələr əsasında aparılan laborator müayinələr nəticəsində hələ də bəzi xörək duzlarının tərkibində yodun miqdarının normadan az, bəzilərində isə çox olması faktlarına rast gəlindiyi müəyyən edilib.

    Məsələnin ərzaq təhlükəsizliyi, istehlakçıların hüquqlarının müdafiəsi baxımından zəruriliyini nəzərə alsaq, əhalinin yodlaşdırılmış keyfiyyətli duz ilə təminatın yaxşılaşdırılması daha da aktuallaşır və bu istiqamətdə nəzarətin gücləndirilməsi zərurəti artır. Son illər ölkədə duz istehsalının həcmini və keyfiyyətini artırmaq məqsədilə İqtisadiyat Nazirliyi tərəfindən əhəmiyyətli işlər görülüb. Müasir standartlara cavab verən emal müəssisələri yaradılıb”.

    Duz alarkən nəyə diqqət edilməlidir?

    Hər bir istehlakçı ticarət şəbəkəsindən duz alarkən onun standartların tələblərinə uyğunluğuna, yodlaşdırıldığına, istehsal tarixinə və saxlanma müddətinə diqqət etməlidir. Məhz bu yolla əhali sağlamlığını qoruya bilər. Qablaşdırılmış duz mütləq markalanmalı və etiketdə aşagıdakı məlumatlar olmalıdır:

    ♦ əmtəə nişanı, istehsalçı müəssənin adı və ünvanı;

    ♦ məhsulun adı;

    ♦ çəkisi;

    ♦ istehsal tarixi;

    ♦ qablaşdırılma tarixi;

    ♦ saxlama şəraiti və müddəti;

    ♦ standartın və ya digər normativ-texniki sənədin nömrəsi;

    ♦ məhsulun tərkibi;

    ♦ duzun qablaşdırılmasında duzun yodlaşdırıldığına dair məlumat;

    ♦ qida dəyərliliyi haqda məlumat və s. qeyd olunmalıdır

    Yodlaşdırılmamış duz nələrə səbəb ola bilər?

    İnsan orqanizmində maddələr mübadiləsində duz həlledici rol oynayır və onun gündəlik istehlakının optimal miqdarı 6 qr-dan artıq olmamalıdır. İnsanlar tərəfindən istehlak edilən duzun bir hissəsi hazır məhsullar vasitəsi ilə qəbul edilir, əlavə duzlamaq üçünsə gündə təxminən 2-3 qr duz istifadə edilir. Duz orqanizm üçün tələb olunan yodun mənimsənilməsində də ən təsirli vasitələrdən biridir. Lazım olan hormonların yaranması üçün yodun orqanizmə daxil olması vacib şərtlərdən biridir. Məhz bu səbəbdən yodlaşdırılmış duzdan istifadəyə xüsusi əhəmiyyət verilməlidir.

    Yodlaşdırılmamış duzun istifadəsi daha ağır fəsadların yaranmasına səbəb ola bilər. Belə ki, yodsuz duzdan istifadə yod çatışmazlığı hipotireoza, artıqlığı isə hipertireoza səbəb olur. Eləcə də qida maddələrinin tərkibində lazımi miqdarda yod olmadıqda, orqanizmdə qalxanabənzər vəzi hipertrofiyaya (endemik ur xəstəliyi) uğrayır, orqanizmin müqavimətini azaldır,cinsiyyət orqanlarının fəaliyyətini zəiflədir;

    Hamilə qadınlar arasında erkən doğuşa və ölü döl doguşuna səbəb olur və s.

    Yaş qrupundan asılı olaraq, insan orqanizminin gündəlik yoda olan tələbatı müxtəlifdir. Məsələn 1 yaşa qədər uşaqların gündəlik yoda olan tələbatı 50, kiçik yaşlı (2-6 yaş arası) uşaqlar üçün bu tələbat 90, 7-12 yaş arası uşaqlar üçün 120, hamilə qadınlar və südverən analar üçün 200, yaşlı insanlar üçünsə 100 mkq/sut-dır.

    Onu da qeyd edək ki, yodlaşdırılmış xörək duzunun hazırlandığı gündən etibarən istifadəyə yararlılıq müddəti 9 aydır. Yodlaşdırılmış duzu quru, sərin və qaranlıq yerdə, qapağı bağlı qablarda saxlamaq lazımdır. Yemək hazırlayarkən yod itkisinə yol verməmək üçün duzu son mərhələdə əlavə edin.

    Duzun yodlaşdırıldığının müəyyən edilməsi üsulları təbii ki, hər bir istehlakçını maraqlandıran məsələlərdəndir. Burda laboratoriya təhlilləri əsas vasitələrdən biridir. Normativ-texniki sənədlərin tələblərinə görə duzda yodun kütlə payı 40+10 mkq/q olmalıdır.

    Məişət şəraitində duzun yodlaşdırıldığını necə müəyyən edək?

    Bunun üçün müxtəlif üsullardan istifadə olunur. Stabilləşdirilmiş nişastanı duzun üstünə tökdükdə göy ləkənin əmələ gəlməsi duzun yodlaşdırılmasını göstərir.

    Qeyd olunanları nəzərə alaraq, hər bir istehlakçının duz alarkən diqqətli olması vacibdir. Bununla siz həm özünüzün, həm də gələcək nəsillərin sağlamlığını sığortalamış olacaqsınız.
    loading...

     

     

    comments powered by HyperComments
    Dostlarınla paylaş:
    DİGƏR XƏBƏRLƏR
    Загрузка...
  • 1. Yenidən bərpası mümkün olan, çölə atılmış əşyaları toplamaq 2. Nüvə stansiyası işçiləri 3. Laboratoriyada...
  • Yumurta çiçəyi adı verilən bu bitkinin digər adı isə badımcan çiçəyidir. Bitkinin yumurta çiçəyi adlandırılması xarici...
  • Kolpit (vaginit) ginekoloji xəstəliklərin arasında ən tez-tez təsadüf edilən xəstəliklərdən biridir. Kolpit uşaqlıq...
  • Maş lobyası qaraciyər yağlanmasının qarşısını alır və arıqlamağa kömək edir. Əsasən Çin və Hindistanda yetişdirilən maş...
  • Avstraliya alimləri əmindilər ki, təyyarələrin, gəmilərin və insanların müəmmalı şəkildə itdiyi Bermud üçbucağının...
  • Tarixi 1876-cı il fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının...
  • 28 oktyabr 1995-ci ildə “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam...
  • Dini mətnlərə diqqət etsək, 40 ədədi başqa ədədlərə nisbətən çox istifadə olunub. O cümlədən bunları qeyd etmək olar:...
  • Nekrofiliya xəsətliyi,ölü insanlara qarşı hiss edilən cinsəl bir duyğu hissidir. Ölülərə qarşı maraq duyan bu insanlar,...
  • Xəbər verdiyimiz kimi, martın 11-də səhər saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən...
  • Sosial şəbəkələrdə erməni əsgərlərin səngərdəki görüntüləri və açılan atəş səslərinə reaksiyası diqqət çəkib. ...
  • Hərbi səfərbərlik elan ediləcək? - Rəsmi Açıqlama Son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi səfərbərlik...
  • Bu yazını hazırlamaq olduqca çətin idi. Müharibə dəhşətləri görmüş, Xocalı soyqrımı qurbanlarını öz gözləri ilə görən...
  • Azərbaycanın işğal edilmiş ərazilərində ötən gün məhv edilən erməni hərbçinin mayor olduğu müəyyənləşib. HERXEBER.COM...
  • Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar...
  • Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin...
  • Ermənilər ötən ilin aprelində qarşılaşdığı məğlubiyyətin əvəzini çıxmaq üçün cəbhədəki vəziyyəti gərginləşdirir. ...
  • MoBToP.Ws