Nəcibə İlkin duyğuları » Xəbərə fərqli baxış....
loading...
  • Azərbaycanlı model Ramina Abbasovanın sosial şəbəkədə ilginc fotosu yayılıb. HERXEBER.COM xəbər verir ki, modelin...
  • Yaşadığımız dövrdə məşhurların çılpaq fotolarının mediaya sızması artıq adi hal alıb. Amma keçmişdə bu, heç də asan...
  • BALANS Milli Animasiya Studiyası ilk 3 cizgi serialınının çəkilişi bitib. Bu barədə keçmiş ANS kanalının rəhbəri...
  • Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev şok proqnoz verib. Ekstrasensin müsahibəsinin qısa...
  • Elzadan yeni şeir: Qadın bir şey istəyir… “Kişinin işi qadına düşür”. Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb....
  • Gürcüstanda toyda maraqlı hadisə yaşanıb. HERXEBER.COM BiG.AZ-a istinadən xəbər verir ki, gənc müğənni Damla səhnədə...
  • "Qızım mənə cəhənnəmi yaşadır. Onu itirdiyimi, onun öldüyünü hələ də dərk edə bilmirəm. Ürəyimi parçaladı. Axı o niyə...
  • İstanbulda yerləşən uşaq bağçalarından birində qalmaqallı hadisə baş verib. Herxeber.com-un türkiyə mətbuatına...
  • Nəcibə İlkin duyğuları
    10-01-2017, 21:35
    Ədəbiyyat
    114
    Yağ ey yağış....

    Sən yağanda könlüm simi,
    Elə həzin pıçıldaşır....
    Həstət çəkən sevgililər
    Sanki bu an qucaqlaşır...
    Bu xəzanlı qucaqlasma,
    Yad görüşünə bənzəyir...
    Hər qucağın payız əlləri
    Hər əllərin isti qucağı..
    Bir də tənha ocağı ..
    Bilirəm ki, darıxmısan
    Yerin üçün, yurdun üçün...
    Bilirəm ki darıxmısan
    Gözündə öldürmək
    İstədiyun qurdun üçün..
    Bu həsrət tanqosunu
    Gəl birgə rəqs edək....
    Sən üzü payıza
    Mən üzü qışa...
    Rəhmin gəlməsin
    Üzümdə donan yaşa...
    Bu sevginin daha inanmlram
    Yay fəslinə,
    Yaz fəslinə...
    Onlar xəzana dönüb
    Dayanbılar bir birinin qəsdinə..


    ***
    Ruhum şeir havasıyla,
    Dolanlr sevda bağımda.
    Bulud kölgəsinə dönüb,
    Kipriklərim yanağımda.
    Bu həsrətin qəm yuxusun
    Gözümdə bükən olaydı.
    Qana dönmüş ürəyimin,
    Şəklini çəkən olaydı....



    XƏYALLARIMIN YAĞIŞI
    Bu gün gözəl havadı...
    Təbiət kimi xəyallarım çiskinli, yağışlı.
    Xəyallarımı qucuram,
    Başqa bir aləmə uçuram.
    Xəyallarımın göz yaşında boğuluram.
    Yenidən sevmək istəyirəm,
    Bu sevgidən ölmək istəyirəm,
    Nifrətimi qara kəfən edib geymək istəyirəm.
    Dərdlərimi mumiyalayıb
    Haqsızlığın ürəyinə damğa vuracaq
    Bir ömür sürmək istəyirəm.
    Xərçəng kimi damarlarımı qamarlayan
    ayrılığın yolunu kəsmək istəyirəm.
    İçimdəki təlaşı, yoxsul niyyətləri
    aldatmağa çalışıram..
    Zəhər dadan həyatı yükləyib
    çiyinlərimə ürəkdən gülmək istəyirəm.
    Qoy eşitsin bu yağan yağış
    qəlbimdən keçənləri.
    Üzü soyuq xatirələr də
    ayaqlarımı dondurur.
    Həyatı mənə yenidən qandırlr.
    Gələcəyimə pəl vuran xatirələr..
    Eh..nələr, nələr..
    Günahlarımla savaşıram
    Sözlərim dilimdə dolaşır,
    Eh...hər şey məni
    Aldatmağa çalışır....,


    Gəlmə görüşümə...

    Gəlmə görüşümə, gəlmə,
    Heç zəng də eləmə...
    Unut olub keçənləri,
    O mənli xatirələri...
    Heç olmamış kimi
    Qara bir örtüyə bük, bərk-bərk!
    Üstündən qara bir xətt çək!
    Hicranımın əli elə qanlıdı,
    Səni yenidən ağuşuna alacaq,
    Bakirə hisslərimi oyadacaq..
    Yox .. istəmirəm, gəlmə.
    Könlümün yuvasında sənin üçün
    üşüyən günlərimi qoruyuram..
    Yana-yana sevgi ilmələrimi toxuyuram.
    Həsrətimin üzü elə soyuqdu,
    Lap Sibirin uzaqları kimi...
    Əllərim yanır, sənin üçün alışan
    dodaqlarım kimi.
    Sökəyirəm dodaqlarımı
    həsrətimin buz aynasına,
    Soyuq nəfəsində çırpınıram,
    Özümü məhbəsdə sanıram.
    Gəlmə görüşümə.
    Gəlsən də danışma, dinmə...
    Get.. bütün ümidlərim sənin olsun,
    Təkcə bir şeyi aparma,
    Sənsizliyimi....



    Bəxtim ağlayır
    Dönüb xəyallarım sısqa yağışa,
    İlqarım ağlayır, əhdim ağlayır.
    Dönüb yollarımda qarlı yağışa,
    Yenicə dil açan bəxtim ağlayır.

    Sən demə aldanıb yaz vədəsinə,
    İndi də baxıram qışa dönmüşəm.
    Uymuşam eşqimin bülbül səsinə,
    Yuvası dağılmış quşa dönmüşəm.

    Yazdığım məktublar düşür yadıma,
    Danlayır üzümü yazdığım sözlər.
    Nələr yazmamışdın mənim adıma,
    Göynədir qəlbimi qoyduğun izlər.

    Eh...həyat yalanmış, sevgi yalanmış,
    Olmuşam ömrümün bahar yorğunu.
    Gələn səadət də üzdə olanmış,
    Çəkməyir sinəmdən sevda oxunu.

    Haqqımı asıblar

    Haqqımı asıblar dar ağacından,
    Həqiqət mülkümü yoxa çəkiblər.
    Qeyrətim, vucdanım ölür acından,
    Hünərimi kəfən kimi büküblər.

    Bilmirəm namərdəm, bilmirəm mərdəm,
    Haqq dəyirmanında üyünən dərdəm.
    De hansı dərdimin üstünü örtəm?!
    Dərdimin üstünə min dərd əkiblər.

    Haqsızlıq içində boğulduq, axı....
    Görəsən biz niyə doğulduq, axı...
    Cəngavər libasda haqq meydanında,
    Vaxt vardı qızıydlq, oğulduq, axl?!!!

    Tutub ətəyindən inildəyirik,
    Haqq deyən dilimiz soyulur, Allah.
    Haqsız yol gedənə haqlı deyirik,
    Haqq görən gözümüz oyulur Allah.

    Haqqın bostanına daş atan kəsin,
    Kürsüsü böyüyür, sözü böyümür.
    Haqsızı gücüylə boğan haqq səsin,
    Kəlməsi böyüyür, özü böyümür!

    Dilimiz öyrəşib böhtana, şərə,
    Yalanlar içində üzürük, Allah.
    Namusu, qeyrəti cibdə gəzdirib,
    Çirkin əməllərdə azırıq, Allah!

    Paxıllıq, xəyanət əfi ilan tək,
    Hər kəsin qoynunda qıvrılıb yatır.
    Doğru libasını geyən yalanlar,
    Haqqın meydanında olubdur qatır.

    İçib ürəyimin qanınl bəzən,
    Haqsıza baş əyib əlin tutanlar.
    Mələk libasında ürəklər gəzən,
    Şeytan kölgəsində rahat yatanlar..

    EŞQİMİN QIŞ HARAYI

    Payız elə gəldi, qış belə getdi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bur yandan.
    Sanki acıq çıxır təbiət bizdən,

    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən-
    Yağıb yolumuzda qoparır tufan.
    Bölündük sevginin fəsillrinə,

    Eşqimiz baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!
    Eh…yenə səbrimin üstünə əsir,

    Sənin gətirdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa bu yollarda kimidi ki, duran?!
    Məni mənsiz tapan eşqim

    Çiçəklərin qönçəsiydi,
    Sevgilərin öncəsiydi,
    Taleyimin bircəsiydi,
    Məni mənsiz tapan eşqim.

    Əvvəl-əvvəl qan elədi,
    Canımı candan elədi,
    Bəxtimlə üsyan elədi,
    Məni mənsiz tapan eşqim.

    Dağlarımın göy üzüydü,
    Hər gecəmin gündüzüydü,
    Bəlkə bəxtimin özüydü,
    Məni mənsiz tapan eşqim.

    Ay halımdan bixəbərlər,
    Bilin, nələr çəkdim, nələr…
    Məni eylədi ”bəxtəvər”,
    Məni mənsiz tapan eşqim.
    ***
    BAĞIŞLA YUXUNA GƏLƏ BİLMƏYİB,
    YUXUDAN OYATDIM SƏNİ BU SƏHƏR.
    YUXUDA KÖNLÜNÜ ALA BİLMƏYİB,
    OXŞAMAQ İSTƏDİM SƏNİ BİR TƏHƏR.
    BƏLKƏ DƏ YUXUNA GƏLSƏYDİM SƏNİN,
    ÜZÜNƏ ÖMÜRLÜK HƏSRƏT OLARDIM.
    KÖNLÜMDƏN UZAQDA GÖRSƏYDİM SƏNİ,
    ÖZÜMƏ BİR YOLLUQ HƏSRƏT QALARDIM.

    Burax əllərimi...

    Burax əllərimi, qoy çıxım gedim,
    Nəyinə lazımdır sənin bu sevgi.
    Həsrəti gözümə qoy sıxım gedim,
    Olsun ürəyimə qənim, bu sevgi.

    Nə əhlət daşıyam, nə ümid yeri,
    Yorulub, yoğrulan qəm ağacıyam.
    Burax əllərimi qoy çıxım gedim,
    Bəlkə bir ürəyin ehtiyacıyam...

    Ağacdan yonulub, daşdan yonulub,
    Bəxtimin naxışlı oyuncağı tək.
    Qıfıl da asılıb könül taxtından,
    Nəzəri qaytaran göz muncuğu tək.

    Burax əllərimi, a sevda yolçum,
    Kipriyim asılıb göz yaşlarımdan.
    Qurtara bildimmi, sevəm də səni,
    Taleyin atılan bəd daşlarından.

    Burax əllərimi, qoy çıxım gedim,
    İsti baxışında əriyən buzam.
    Bu ömrün qışında axı nə edim,
    Mən sevgi bağına gec gələn yazam.



    Söz eləmisən

    Səndə nə günah var, gedən ruhumu,
    Qaytarıb yenidən təzələmisən.
    Bir az alovunla, bir az odunla
    Eşqimin bağına köz ələmisən.

    Sev məni, beləcə sevdiyin kimi,
    Olmuşam qəlbimin qəddar hakimi,
    Hər nə edirəmsə kötür ərkimi,
    Demə hər sözümü söz eləmisən.

    Dəliyəm, gözümdən uzaqlaşanda,
    Yaman kövrək ollam bir az coşanda,
    Sənə vurulmuşam desəm son anda,
    Axı, qış ömrümü yaz eləmisən.


    Özümüzə tale yazdıq

    Üzülməyən sevgimizin,
    Ürəyini niyə üzdük,
    Özümüz də heç bilmədən,
    Yolumuzu tərsə düzdük.

    Yol gözləyən izimizin,
    Dedik həsrət, kədər bizim,
    Şirin dadan sevgimizin,
    Badəsinə acı süzdük.

    Kim uduzub, kim nə udub,
    Şirin anları unudub,
    Fələyin əlindən tutub,
    Özümüzə tale yazdıq.





    Duyğuların qanadıyam

    Buz bağlayan yollarını,
    Nəfəsimlə əridəydim,
    Bu ağlayan sevdamızı,
    Gücüm çata, kiridəydim.

    Bir dünyalıq can oduyam,
    Duyğuların qanadıyam,
    Mən sevginin öz adıyam,
    Göydə sevib, yerə dəydim.

    Yaz dərdimi, yaz aramla,
    Nə yaşıyım bu yaramla,
    Vüsalımı damla-damla,
    Ürəyinə yeridəydim.



    MƏNƏ BİR ŞEİR YAZ...

    Mənə bir şeir yaz sevgi ünvanlı,
    Yaz ki, darıxmışam, ölmüyüm sənsiz.
    Mənə bir şeir yaz, lap Məcnun kimi,
    Ol, dəli-divanə, bilmiyim sənsiz.

    Mənə bir şeir yaz, başı havalı,
    Gözündən süzülən yaşı havalı,
    Qayası havalı, daşı havalı,
    Hər yana səs salsın, gülmüyüm sənsiz.

    Yaz ki, çox darıxıb, görüş yerimiz,
    Od tutub alışır, çataq birimiz,
    Aramızda qalan gizli sirrimiz,
    Açılıb bükülsə gəlmiyim sənsiz.

    Mənə bir şeir yaz, amma gizlicə,
    Doyunca ağlayım, gülüm bu gecə,
    Sıxıb ürəyimin üstə beləcə,
    yuxuya getməyə qalmıyım sənsiz.




    BİLMİRƏM

    Sən ömür baharı, mən könül qışı,
    Haraya gedəcək bu yol, bilmirəm.
    Mən bəxtin önündə payız yağışı,
    Alırsan könlümü gəl al, bilmirəm.

    Ayrılıq deməyə gəlmədi üzüm,
    Verdiyin vədəndə qışladı sözün,
    Həsrəti eyləyib dağ, dərə, düzüm,
    Çəkdin sinəm üstə min yol, bilmirəm.

    Könlümün evinə bir yol uçduğun,
    Gözümdən gizlənib, nədən qaçdığın,
    Hər məni görəndə geniş açdığın,
    Kimlərə açılır o qol, bilmirəm.

    Deməyin, sərxoşam xumar çəkibdi,
    Mənə nə dağ çəkib o yar çəkibdi,
    De kimin saçına tumar çəkibdi,
    Əlimdə buzlayan o əl, bilmirəm.



    Mən səni sevən deyiləm

    Bir sevgisən, öz içimdə,
    Lal olubdu söz içimdə,
    Olsan yanar köz içimdə,
    Mən səni sevən deyiləm.

    Bu eşqin baxıb dadına,
    Heç yaraşdırma adına,
    Gəl məni salma oduna,
    Mən səni sevən deyiləm.

    Xəyal olub düşdüm yola,
    Yenə də sənlə qol-qola,
    Milyon var-dövlətin ola,
    Mən səni sevən deyiləm.

    Əlim əlindən asılı,
    Könlüm könlünə qısılı,
    Desələr bu baxt yazılı,
    Mən səni sevən deyiləm.


    Mən bir azca utancğam,
    Könül isitməz ocağam,
    Yaxın dursan yanacağam,
    Mən səni sevən deyiləm.


    Deyən, çox etdim ərkimi,
    Sözüm yandırsın hər kimi.
    Sən məni sevdiyin kimi,
    Mən səni sevən deyiləm.

    Kişilər var…
    (Bir nəfər..''kişi qalmayıb deyənə'')

    Kişilər var, çoxdu qağa,
    Meydan gədəyə verilib.
    Yaxşılar pisin əlində...
    Tükləri bir-bir dərilib.

    Ulağımız arpa yeyib,
    Sonra dönüb olub qatır.
    Şir dovşanın ümidində,
    At samanla başın qatır.

    Pələngin ağzı göydədi,
    Özünə bir ''yal''axtarır.
    Çaqqal daha leş bəyənmir,
    Göylərdə qartal axtarır.

    Tısbağa qınından çıxıb,
    Lüt-üryan gəzir ortada.
    Qurbağadan bala tutub,
    Sonra gedir ''məşdibada''.

    Dovşanın kələyin kəsib,
    Meşənin şiş tazıları.
    Canavar lubasın geyib,
    Yırtıb, deşir quzuları.

    Qarğaların qarıltısı,
    Götürübdü düz-dünyanı.
    Bülbüllər səsini kəsib,
    Gözləyir abır-həyanı.

    Pişiklər itə sığınır,
    Sülh istəyir, sülh ay aman.
    At cilova gəlməyəndə,
    Dərisinə təpilir saman.

    Əyilib əyilməz başlar,
    İnsaf çəkilibdi dara.
    Qeyrətimiz yas içində,
    Libasın geyibdi qara.

    Yuxuma gəlmişdin....


    Yuxuma gəlmişdin yenə bu axşam,
    Gördüm ki, yamanca qaşqabaqlısan.
    İstədim oxşayıb könlünü alam,
    Əsdi güclü külək, şığıdı leysan.

    Bilmədim sən harda, mən harda qaldım,
    Qaçdım gah o yana, gah da bu yana.
    Səni itirdiyimə alışıb yandım,
    Həsrərindən bağrım döndü al-qana.

    Birdən yağış kəsdi, külək dayandı,
    Tələsdim bir anda çatmaqçın sənə.
    Hər tərəf qaranlıq zindana döndü,
    Toxunan zamanda əlim əlinə.

    Qışqırdım! ''Yenə sən harda qalmısan!''
    Özüm-öz səsimə oyandım hərgah.
    Onsuz da bilirəm məni atmısan,
    İnadın gücündən qorxarmış Allah!

    Çox baxacaqsan…

    Küsmüşəm, barışan deyiləm daha,
    Çıxıb gedəcəyəm bir qərib yerə.
    Sənsiz gözlərimdə doğan sabaha,
    Baxıb hönkürəcəm inan, min kərə.

    Boylanıb qəlbimin pəncərəsindən,
    Dikəcəm yoluna həsrət gözümü.
    Diksinib qalxacam qəfil səsindən,
    Yenə axtaracam özüm-özümü..

    Gecələr bürünüb hicran donuna,
    Vüsal yuxumuza lay lay deyəcəm.
    Yenə yuxularda qaçıb yanına,
    Yenə də bir anlıq sənin olacam.

    Ayılıb həsrətin qəm yuxusundan,
    Eh…məni o qədər axtaracaqsan.
    Yapışıb könlümün lal yaxasından,
    Mən gedən yollara çox baxacaqsan.

    Teqlər:

    loading...

     

     

    comments powered by HyperComments
    Dostlarınla paylaş:
    DİGƏR XƏBƏRLƏR
    Загрузка...
  • 1. Yenidən bərpası mümkün olan, çölə atılmış əşyaları toplamaq 2. Nüvə stansiyası işçiləri 3. Laboratoriyada...
  • Yumurta çiçəyi adı verilən bu bitkinin digər adı isə badımcan çiçəyidir. Bitkinin yumurta çiçəyi adlandırılması xarici...
  • Kolpit (vaginit) ginekoloji xəstəliklərin arasında ən tez-tez təsadüf edilən xəstəliklərdən biridir. Kolpit uşaqlıq...
  • Maş lobyası qaraciyər yağlanmasının qarşısını alır və arıqlamağa kömək edir. Əsasən Çin və Hindistanda yetişdirilən maş...
  • Avstraliya alimləri əmindilər ki, təyyarələrin, gəmilərin və insanların müəmmalı şəkildə itdiyi Bermud üçbucağının...
  • Tarixi 1876-cı il fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının...
  • 28 oktyabr 1995-ci ildə “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam...
  • Dini mətnlərə diqqət etsək, 40 ədədi başqa ədədlərə nisbətən çox istifadə olunub. O cümlədən bunları qeyd etmək olar:...
  • Nekrofiliya xəsətliyi,ölü insanlara qarşı hiss edilən cinsəl bir duyğu hissidir. Ölülərə qarşı maraq duyan bu insanlar,...
  • Azərbaycanın "Anti-armenia Team" hakerlər qrupu ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın rəsmi "Facebook"...
  • Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub. ...
  • Təmas xəttində yeni gərginlik dalğası baş qaldırmaqdadır. Xəbər verildiyi kimi ötən bazar günü Ermənistan işğalçı...
  • Azərbaycan ordusunun hərbçisi Çingiz Salman oğlu Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən Yerevana...
  • Erməni mediası Ermənistan Ordusunun uğursuzluqla nəticələnən təxribat əməliyyatı zamanı itkin düşən bir nəfər...
  • Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. HERXEBER.COM New York Times-a istinadən xəbər verir ki, Rusiya...
  • Erməni silahlı birləşmələri bu gün cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun mövqelərini və mülki vətəndaşları...
  • Axşam işğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər...
  • up