5 manatlıq xidmət 100 manata qaldırıldı - RƏSMİ AÇIQLAMA » Xəbərə fərqli baxış....
loading...
  • Azərbaycanlı model Ramina Abbasovanın sosial şəbəkədə ilginc fotosu yayılıb. HERXEBER.COM xəbər verir ki, modelin...
  • Yaşadığımız dövrdə məşhurların çılpaq fotolarının mediaya sızması artıq adi hal alıb. Amma keçmişdə bu, heç də asan...
  • BALANS Milli Animasiya Studiyası ilk 3 cizgi serialınının çəkilişi bitib. Bu barədə keçmiş ANS kanalının rəhbəri...
  • Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev şok proqnoz verib. Ekstrasensin müsahibəsinin qısa...
  • Elzadan yeni şeir: Qadın bir şey istəyir… “Kişinin işi qadına düşür”. Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb....
  • Gürcüstanda toyda maraqlı hadisə yaşanıb. HERXEBER.COM BiG.AZ-a istinadən xəbər verir ki, gənc müğənni Damla səhnədə...
  • "Qızım mənə cəhənnəmi yaşadır. Onu itirdiyimi, onun öldüyünü hələ də dərk edə bilmirəm. Ürəyimi parçaladı. Axı o niyə...
  • İstanbulda yerləşən uşaq bağçalarından birində qalmaqallı hadisə baş verib. Herxeber.com-un türkiyə mətbuatına...
  • 5 manatlıq xidmət 100 manata qaldırıldı - RƏSMİ AÇIQLAMA
    9-01-2017, 14:20
    Cəmiyyət
    711
    5 manatlıq xidmət 100 manata qaldırıldı - RƏSMİ AÇIQLAMA



    Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 2017-ci il üçün açıqladığı xidmətlərin qiymət cədvəli sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    HERXEBER.COM “Qafqazinfo”ya istinadən xəbər verir ki, müzakirələrə səbəb kitabxanadan AMEA üzvü olmayan vətəndaşlar üçün nəzərdə tutulan illik oxucu kartının qiymətinin fantastik dərəcədə artırılmasıdır. Belə ki, ötən illərdə bu kart üçün ödəniləcək məbləğ 5 manat olduğu halda, bu ildən etibarən qiymət 20 dəfə qaldırılaraq 100 manat nəzərdə tutulub. Aylıq oxucu kartının qiyməti isə 10 manatdır.
    Məsələylə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Göyüşlü ilə əlaqə saxladıq. Şöbə müdiri qiymət artımının səbəbini kitabxananın mühafizə sisteminin gücləndirilməsi ilə izah edib. O, bildirib ki, mühafizə məqsədilə binaya yeni işçi qüvvəsi cəlb edilməlidir:
    “Mərkəzi Elmi Kitabxana AMEA-nın bir müəssisəsidir. Odur ki, bizim digər kitabxanalardan fərqli olaraq əsas işimiz Akademiyanın əməkdaşlarının oxucu hüququ qazanmasını təmin etməkdir. Yeni qaydalara əsasən, onlar üçün 1 illik oxucu kartının qiyməti 5 manat olaraq saxlanılıb. Bundan başqa, Akademiyada magistr təhsili alanlar, güzəşli kateqoriyasına daxil olan şəxslər üçün kitabxanadan istifadə ödənişsizdir. Ancaq artıq yuxarıda sadaladığımız kateqoriyalara daxil olmayan şəxslər üçün kart əldə etmək yanvar ayının 1-dən etibarən 100 manat nəzərdə tutulub. Bu yolla kitabxanada mühafizəni artırmaq üçün lazım olan əlavə işçi qüvvəsini cəlb etmək istəyirik”.


    5 manatlıq xidmət 100 manata qaldırıldı - RƏSMİ AÇIQLAMA


    M. Göyüşlü onu da bildirib ki, maddi durumla bağlı vəziyyət düzələn kimi həm ikinövbəli sistem, həm də oxucu kartının qiyməti əvvəlki vəziyyətinə qaytarılacaq:

    “İnformasiya resurslarının təhlükəsizliyi səbəbi ilə biz ikinövbəli sistemi dayandırmağa məcbur olmuşduq. Bizdə olan informasiya resursları - kitablar, xəritələr və digər sənədlərin mühafizəsi üçün kifayət qədər mühafizə qüvvəsi yoxdur. Ayrılan vəsait də yeni işçi qüvvəsi cəlb etməyə kifayət etmir. Maliyyə məsələsi ilə bağlı çətinliklər var. Düşündük ki, bu vasitə ilə öz xərclərimizi müəyyən bir müddət üçün stimullaşdıra bilərik. Həm ikinövbəli sistemin ləğvi, həm də oxucu kartındakı qiymət artımı müvəqqəti xarakter daşıyır. Maddi durumla bağlı vəziyyət düzələn kimi hər iki məsələdə yenidən əvvəlki qaydalar tətbiq olunacaq.

    Sonda şöbə müdiri hazırda ikinövbəli sistemə qayıtmaq üçün AMEA-nın rəyasət heyəti ilə danışıqlar aparıldığını da qeyd edib:

    “Bununla bağlı müəyyən təkliflərimizi vermişik. İkinövbəli sistem üçün əlavə işçi qüvvəsinə ehtiyac var. Bizim niyyətimiz nə pul qazanmaqdır, nə də ki, vətəndaşların oxumasına mane olmaq. Çox çalışırıq ki, əvvəlki qaydalar yenidən bərpa olunsun. Ancaq hazırda kitabxanada qiymətli kitablar, nüxsələr saxlanılır. Azərbaycanın ən qədim 15 kitabı var. Bəs bunlardan biri itsə, kim cavabdeh olacaq?! Çox xahiş edirik ki, oxucular da bizi doğru anlasınlar”.
    loading...

     

     

    comments powered by HyperComments
    Dostlarınla paylaş:
    DİGƏR XƏBƏRLƏR
    Загрузка...
  • 1. Yenidən bərpası mümkün olan, çölə atılmış əşyaları toplamaq 2. Nüvə stansiyası işçiləri 3. Laboratoriyada...
  • Yumurta çiçəyi adı verilən bu bitkinin digər adı isə badımcan çiçəyidir. Bitkinin yumurta çiçəyi adlandırılması xarici...
  • Kolpit (vaginit) ginekoloji xəstəliklərin arasında ən tez-tez təsadüf edilən xəstəliklərdən biridir. Kolpit uşaqlıq...
  • Maş lobyası qaraciyər yağlanmasının qarşısını alır və arıqlamağa kömək edir. Əsasən Çin və Hindistanda yetişdirilən maş...
  • Avstraliya alimləri əmindilər ki, təyyarələrin, gəmilərin və insanların müəmmalı şəkildə itdiyi Bermud üçbucağının...
  • Tarixi 1876-cı il fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının...
  • 28 oktyabr 1995-ci ildə “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam...
  • Dini mətnlərə diqqət etsək, 40 ədədi başqa ədədlərə nisbətən çox istifadə olunub. O cümlədən bunları qeyd etmək olar:...
  • Nekrofiliya xəsətliyi,ölü insanlara qarşı hiss edilən cinsəl bir duyğu hissidir. Ölülərə qarşı maraq duyan bu insanlar,...
  • Azərbaycanın "Anti-armenia Team" hakerlər qrupu ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın rəsmi "Facebook"...
  • Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub. ...
  • Təmas xəttində yeni gərginlik dalğası baş qaldırmaqdadır. Xəbər verildiyi kimi ötən bazar günü Ermənistan işğalçı...
  • Azərbaycan ordusunun hərbçisi Çingiz Salman oğlu Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən Yerevana...
  • Erməni mediası Ermənistan Ordusunun uğursuzluqla nəticələnən təxribat əməliyyatı zamanı itkin düşən bir nəfər...
  • Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. HERXEBER.COM New York Times-a istinadən xəbər verir ki, Rusiya...
  • Erməni silahlı birləşmələri bu gün cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun mövqelərini və mülki vətəndaşları...
  • Axşam işğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər...
  • up